Visa kartı ilə hədiyyələr qazanın!



Lotereyada iştirak etmək üçün qeydiyyat artıq dayandırılıb.
Lotereyanın uduş tirajı 31.05.2021 tarixində keçirilmişdir və müvafiq qaliblər siyahısı (əsas və ehtiyat qalibləri) artıq müəyyən olunmuşdur. Əsas və ehtiyat qaliblər siyahısı “Qaliblər” bölməsində paylaşılıb.
Qeydiyyatdan keçmək üçün son tarix: 26.05.2021. Sahib olduğunuz hər bir Visa kartını ayrı-ayrı qeydiyyatdan keçirməyiniz tövsiyyə olunur.
Qeyd: Mobil cihazınızla etdiyiniz ödənişlərin RRN/Ref No kodunu ayrıca olaraq (1 dəfə yetərlidir) qeydiyyatdan keçirməyiniz xahiş olunur.
Visa kart sahibləri bütün “Araz”, “SPAR” və “Favorit” supermarketlərində alış-veriş etməklə lotereyada iştirak etmək şansı qazanır.
Lotereyanın əsas hədiyyəsi yeni model “Volkswagen Passat” avtomobilidir. 1 ədəd “Volkswagen Passat” avtomobili bütün lotereya müddətində qazanılmış şanslar arasında təsadüfi seçim yolu ilə oynanılacaq.
Lotereyada iştirak etmək üçün www.lottery.az saytında qeydiyyatdan keçmək və istənilən Visa kartı ilə 30 AZN və yuxarı məbləğdə alış-veriş etmək kifayətdir. Hər 30 AZN alış-veriş müştəriyə lotereyada 1 şans qazandırır.
Bundan əlavə, ay ərzində 5 və daha çox sayda 30 AZN və yuxarı məbləğdə alış-veriş edən 400 Visa kart sahibi 25 AZN-lik “Araz” kuponunu qazanacaq. Bunun üçün müştəri 5-ci alış-verişindən 3 iş günü sonra “Araz” supermarketlər şəbəkəsinin (supermarketlərin ünvanları və iş saatları aşağıda göstərilmişdir) müştəri xidmətlərinə yaxınlaşaraq, qalib gəlib-gəlmədiyi haqqında məlumat əldə edə bilər. Bu hədiyyəni müştəri xidmətinə yaxınlaşan ilk 400 nəfər alacaq.
Hədiyyəni almaq üçün “Araz” supermarketin müştəri xidmətləri əməkdaşına kartın ilk 6 və son 4 rəqəmi bildirilməlidir (ehtiyac olduğu halda həmçinin RRN/Ref No kod qeyd olunmalıdır). Hər Visa kart sahibi 25 AZN-lik hədiyyə kuponunu yalnız 1 dəfə qazana bilər.
Lotereya 1 dekabr 2020 - 30 aprel 2021 tarixləri arasında keçiriləcək.
Lotereya qalibi uduşu almaq üçün şəxsiyyətini təsdiq edən sənədin əsli ilə təşkilatçıya müraciət etməlidir
Lotereya uduşunun verildiyi yer: Yusif Məmmədəliyev küçəsi, 13.
Lotereya 1 tirajda onlayn şəkildə keçiriləcək.
Təşkilatçı: “PAŞA Bank” ASC